Balıqçılar xilas edildi


15:28     27 Noyabr 2018 baliqci.jpg

Xəzər dənizində balıqçılar köməksiz vəziyyətdə qalıblar

Femida.az xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb

Femida.az

Açar sözlər:

Oxunub: 600