İranlı generallar öldürüldü - SURİYADA


19:41     14 Oktyabr 2015 suriya`_231.jpg


Suriyadakı döyüşlərdə iki iranlı general həlak olub.

Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, İslam İnqilabı Mühafizə Korpusundan olan (İİMK) general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də döyüş zamanı həlak olublar. Onların dəqiq harada həlak olmaları haqqında məlumat verilmir və yalnız o qeyd olunur ki, onlar Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər.
Xatırladaq ki, oktyabrın 8-də Suriyada İŞİD yaraqlılarına qarşı Bəşşar Əsəd qüvvələrinə hərbi əməliyyatların təşkilində kömək edən iranlı general Hüseyn Həmədani Hələb yaxınlığında həlak olub.

Açar sözlər:

Oxunub: 901