Spiker yenə deputatlara əsəbiləşdi


17:21     27 Noyabr 2018 oqtay%20esd.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasının ikinci hissəsində maraqlı məqam yaşanıb.


Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yerdən bəzi deputatlar iclasın gedişinə mane olublar. Bu isə spikerin etirazına səbəb olub və məsələyə bu cür reaksiya verib: “Kim istəyirsə, mənim yerimə gəlib iclasa sədrlik etsin. Mən sizin işinizi yüngülləşdirmək istəyirəm. Gündəliyin 4 məsələsi bir paketdə daxil olub. Onu da müzakirə edib iclasın davamını ayın 30-na saxlayarıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 486