Təslim olan terrorçu qadın — “PKK rəhbərini hovuzda 4 azyaşlı qızla gördüm”


18:17     27 Noyabr 2018 18_11_27_1543325111.jpg

Türkiyə dövlətinə təslim olan PKK terrorçusu qadın şok etiraflar edib.
Femida.az xəbər verir ki, daxili işlər naziri Süleyman Soylunun PKK ilə mübarizədə planı uğurlu alınıb. 2018-ci ildə təslim olan 343 terrorçudan 146 nəfəri inandırılaraq dağdan enib.

Terrorçuların təslim olmasında ən böyük faktor ailə olub. Bundan başqa terror qruplaşmasının daxilində baş verən zorlanma hadisələri də terrorçuların təslim olmalarına təsir edib.

Vanlı 25 yaşlı M.Y.:

“Dağda idim və ürək xəstəsi olan, maddi imkansızlıqdan müalicə olunmayan atamı xəstə yatağında tərk etdiyim üçün pərişan edim. Qızların zorlanmasına şahid oldum. 2 il belə yaşadım. Mən dağda olanda dövlət atamı müalicə etdi. 41 ay dağda qan əmən vampirlərə xidmət etdim. İndi dövlətin qapısında 41 ay xidmət etmək istəyirəm”.
Hakkarili 23 yaşlı M.Ç.:

“Aldanmış, aldadılmış olduğumu Kandilə ayaq basdığımın üçüncü günü başa düşdüm. 2 il bir çox vəhşiliyə şahid oldum. 22 ay 7 gün yaşadıqlarımı unutmadan dövlətimin məni bağışlaması üçün əlimdən gələni edəcəm.

Bingöllü 21 yaşlı A.P.:

“PKK-nın liderlərindən birini Suriyadan və Mahmur düşərgəsindən gətirilən 13-14 yaşlı 4 qız uşağı ilə mağaradakı süni hovuzda gördüm. 3 il görmədiyim anam evə qayıtmağımı istədi. Mən də qayıtdım. Dilan və Zeynəbi sorladılar və qızlar özlərini Zap çayına atdılar”.

Açar sözlər:

Oxunub: 639