"Aslan İsmayılov Orduxan Teymurxanın Azərbaycan versiyasıdır"


17:46     27 Noyabr 2018 2018/11/2573F291-2139-41BA-B9FE-963412A835A4_1543326745.jpeg


"Aslan İsmayılov sosial şəbəkə vasitəsi ilə Prezident İlham Əliyevin komanda üzvlərini, nazirlərini, köməkçilərini, baş prokuroru, ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya sədrlərini, milli məclisin deputatlarını, iş adamlarını, media rəhbərlərini çox pis formada təhqir etməklə məşğul olur. Hər gün bunu davam etdirir. Bütün bunları “facebook” sosial şəbəkəsinə pul ödəməklə, pullu reklam verməklə, Azərbaycanda fəaliyyət göstərən yüz minələrlə insana göndərir, yaydırır. Onun səhifəsinə baxın. Ancaq bu yola özünü gündəmdə saxlayır. Avropanın istənilən ölkəsində Aslanın bu təhqirlərinə hüquqi yolla ən ağır cəza verərdilər. Şərəf və ləyaqətin qorunmasına dair. Əslində, o, bunu məqsədli şəkildə edir və xalq arasında özünün "müsbət imicini formalaşdırır”. Küçə uşaqlarından layk (like) toplayır. Ən dəhşətlisi də odur ki, yaşından-başından utanmadan onun təhqirlərinə cavab verən adamları məhkəməyə verir. Guya bununla o adamlara təzyiq edir. Həyasızlığının kulminasiya nöqtəsi budur!".

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, iki il ərzində altıncı dəfədir ki, xüsusi ittiham qaydasında məhkəməyə verilib: "2016-ci ildə bu adam başqasına yarınmaq, yaltaqlanmaq, quyruq bulamaq üçün öz səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəzlik etdi. Öz tərbiyəsizliyinə uyğun yazılar yazdı. Mən də dərhal sədrim Qüdrət Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Hamı bilir ki, bir siyasətçi kimi, mənim “facebook”da minlərlə izləyicim var və çox aktiv şəkildə sosial şəbəkədən istifadə edirəm. 20 ildən artıq müddətdir ki, siyasi fəaliyyətlə məşğulam və o günə qədər də heç bir şəxs deyə bilməz ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazım. Biz bu cür mübarizə yolunu qəbul etmirik. Ancaq Aslan-Allahverdi kimilər həddini aşanda təbii ki, cavablarını da alamalıdır. Aslan Orduxan Teymurxanın Azərbaycan versiyasıdır. Orduxan Hollandiyada oturub söyüş söyməklə məşğul olur, Aslan da Bakıda. Və mənim cavabımdan sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələrlə məhkəmə prosesi keçirilib. Məhkəmədə də üzünə demişəm ki, bir cümlə göstər ki, Qüdrət Həsənquliyev sənin adını çəkib, səni və ya kimisə təhqir edib. 60 yaşına çatmısan utanmırsan öz maddi maraqların üçün, yaltaqlanmaq üçün təhqir yazırsan? Ağzına gələn yazırsan? Mən Qüdrət Həsənquliyevlə birgə bütün gəncliyimi keçirmişəm. 40 yaşım var, onun 20 ildən artığını Qüdrət bəylə bir siyasi təşkilatda keçirmişik və onun müavini kimi özümə mənəvi borc bilib sənə cavab vermişəm! Hansı üzlə belə vəziyyətdə gəlib məhkəməyə də verirsən? Ona dedim ki, yadında saxla təhqir yazsan, 10 qat artığını alacaqsan!".

BAXCP rəsmisinin sözlərinə görə, bu gün Aslan İsmayılov Avropada oturub Azərbaycan dövləti və Prezident haqqında anti-kampaniya aparan "obyektiv.tv”də, "Meydan.tv”də, Sevinc Osmanqızının televiziyasında adı çəkilən şəxslərlə yanaşı onu da təhqir etməklə məşğul olur: "Aslan Sevinc Osmanqızının, Emin Hüseynovun, Emin Millinin, Orduxan Teymurxanın kanallarından düşmür, bütün gün efirlərindən söyüş, nifrət, püskürməklə məşğul olur. Ölkənin sabitliyinin pozulmasına yönəlik verlişlərin ulduzuna çevrilib. Həmin verlişlərdə ünvanıma, Qüdrət bəyin ünvanına ağzına gələnləri deyib. Bütün bunları faktlarla, sübutlarla məhkəmələrə təqdim etmişəm. Bu səfər də Abşeron rayon məhkəməsinə təqdim etdiyi 3 statusumun ikisi birbaşa Qüdrət Həsənquliyevlə bağlı idi.

Statusumda açıq yazmışam ki, Aslan-Allahverdi adlı bu şəxsin etdiyi təhqirlərə cavab verirəm. Yenə də utanmadan, qızarmadan məhkəməyə üz tutur. Hakimə onun videolarını təqdim etdim, adı çəkilən tv-lərdə müsahibə verib deyir ki, guya yalnız bir dəfə Niyaməddin Orduxanlını məhkəməyə verib. Və bundan sonra da hakimdən üzr istəyib gedib. Ən azından mənim vəkilim, onun da çox yaxşı tanıdığı tanınmış vəkil Telman İbrahimov və Səbail rayonun 5 hakimi şahiddir ki, o efirdə utanmadan bu yalanı danışır. Mən öz profilimdə iki il ərzində məhkəmənin verdiyi 5 qətnamələri yayıb, onun necə yalançı olduğunu sübut etmişəm. Abşeron məhkəməsində də vəkilim Telman İbrahimov ona deyib ki, dəfələrlə bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etmisiniz. Müdafiə etdiyim Niyaməddin Orduxanlını artıq altıncı dəfədir məhkəməyə verirsiniz. Eyni məzmun, eyni mahiyyət. Bilirsiniz, o, bundan sonra istəyir Avropa məhkəməsinə versin. Söyüş söyən Aslan-Allaverdinin özüdür. Söyüşə görə məsuliyyət nəzərdə tutulursa, birinci növbədə ona cəza verilməlidir! Birmənalı! Abşeron rayon məhkəməsi iki ay ərzində gedən işi yekunlaşdırdı. Aslan-Allaverdinin mənə qarşı xüsusi ittihamını qəbul etmədi”.

Femida.az

Açar sözlər:

Oxunub: 1075