Azərbaycan əsgəri Cənubi Sudana göndərilir


20:56     27 Noyabr 2018 sulhmeramli174.jpg

Azərbaycan Cənubi Sudana sülhməramlılar göndərəcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1513