Minik maşını yük maşınının altında qaldı


09:13     28 Noyabr 2018 Qeza2.jpg

Quba rayonunun Qırmızı qəsəbəsinin ərazisində yol qəzası baş verib.

Qəsəbə ərazisində yoxuşu düşən “Man” markalı yük avtomobili qarşıdan gələn “Priora” markalı minik avtomobilinin üstünə çıxıb.

Nəticədə minik maşınında sürücü, qadın və kişi sərnişinlər olmaqla 3 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Təcili tibbi yardım avtomobilləri və həkim briqadası cəlb olunub.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 293