Ali məktəblərə daxil ola bilməyən abituriyentlər məyus olmasın - YENİLİK VAR
09:34 28 Noyabr 2018
Ali məktəbə qəbul ola bilməyən abituriyentlər təhsil müəssisəsində təşkil olunacaq ödənişli hazırlıq qruplarında iştirak edə biləcəklər.
Femida.az-ın məlumatına görə, bu, "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili" qaydalarında öz əksini tapıb.
Ali məktəblərə qəbul imtahanlarından sonra boş qalan plan yerləri hazırlıq qrupları kimi formalaşdırılacaq. Bir illik qruplara seçim qəbul imtahanlarında iştirak edən abituriyentlər arasında aparılacaq.
Hazırlıq qruplarında təhsil əyani formada təşkil ediləcək.
Təhsil eksperti Kamran Əsədovun sözlərində görə, hazırlıq qruplarında hər kəsə yalnız bir dəfə təhsil almaq imkanı veriləcək. Təhsil haqları ilə bağlı isə hər hansı güzəşt nəzərdə tutulmayıb.
Hazırlıq qrupları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılacaq. Bu qruplara keçid balları isə Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək. Hər qrupda tələbə sayı maksimum 20 nəfər olacaq.
Femida.az
Oxunub: 840
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib