Bəydən şəhid dostunun məzarı başında ürək dağlayan hərəkət - Azərbaycanda


12:09     28 Noyabr 2018 2018/11/47088954_279402689588352_2627524682315726848_n_1543392717.jpg

Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb.


Femida.az xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O,sosial şəbəkələrdə aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb:




"Ən böyük arzularımızdan biri də bir birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum... Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim.."

Xatırladaq ki, MAXE Adil Adilzadə 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub. Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir.


Miri Məcidli
Femida.az

Açar sözlər: #aprel_Şəhidi   #Adil_Adilzadə   #Toy   #Video   #femida  

Oxunub: 12848