MDB-nin Bakıda yeni qərargahı açılır


20:26     14 Oktyabr 2015 MDB.jpg

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB-nin uzunmüddətli müşahidə missiyasının Bakıdakı qərargahı fəaliyyətinə başlayır.


Bu barədə "Report"a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirib.

Bununla bağlı MDB müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda Bakıya gəlib. Onun MSK rəhbərləri də daxil olmaqla, bir sıra görüşlər keçirəcəyi planlaşdırılır.

Parlament seçkilərində monitoringi MDB-nin uzunmüddətli və qısamüddətli müşahidəçilər qrupu həyata keçirəcək. Müşahidə Azərbaycanın bütün regionlarını əhatə edəcək.

Azərbaycandakı seçkilərdə MDB müşahidəçilərindən ibarət nümayəndə heyətinə MDB-nin icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək

Açar sözlər:

Oxunub: 837