Evlərdən oğurluq edənlər tutulub


13:24     28 Noyabr 2018 ogurluq.jpg

Oğurluq etmiş Azər Musayevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel-avqust ayları ərzində Zirə qəsəbəsindəki daha 2 evdən, 2 həyətyanı sahədən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları, habelə bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, eyni zamanda Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 yardımçı təsərrüfatdan, 4 evdən və 2 avtomobildən ərzaq məhsulları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Elmar Əsgərov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 328