"Müəllimlərin orta aylıq maaşı 500 manata çatıb" - Nazir


17:07     28 Noyabr 2018 18_11_28_1543410752.jpg


"Müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır".

Femida.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında deyib. O, bildirib ki, 142 mindən artıq müəllimin diaqnostik qiymətləndirmədən keçib:

"Müəllimlərin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib. Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illərdə isə 3500-dək məktəb binası tikilib".

Femida.az

Açar sözlər: təhsil   müəllim   nazir  

Oxunub: 572