Qonşudan gələn səslər polisi hərəkətə keçirdi - VİDEO


18:31     28 Noyabr 2018 2018/11/5bfe805a605a4_sesleri-duyan-polis-son-anda-yakaladi-4-kadin-13-erkek--12835040_1543410904.jpeg

Ankaranın Çankaya rayonunda sənədsiz fəaliyyət göstərən və fahişəxana kimi istifadə edildiyi deyilən masaj salonuna təşkil edilən basqında 4-ü qadın olmaqla 17 nəfər saxlanılıb.



Qonşuların şikayətindən sonra polis sözügedən mənzilə giriş-çıxışı izləməyə başlayıb. Mənzilə çoxlu sayda kişinin girib-çıxdığının şahidi olan polislər içəri daxil olmaq qərarına gəlirlər. Təhlükəsizlik əməkdaşları içəri daxil olduqları mənzilin 5 otağı və hər otaqda yataq, hamam olduğunu görüblər. Otaqlarda xeyli sayda prezervativ aşkar edilib.

Şübhəlilərdən 4 qadın"zərərçəkən",10 kişiisə "məlumatlı" olaraqifadələri alındıqdan sonra sərbəst buraxılarkən Emin M, Haşmet E. vəTuqay A. fahişəliyə vasitəçilik, yer və şərait yaratdıqları üçün həbs ediliblər.



Femida.az

Açar sözlər:

Oxunub: 522


Oxşar xəbərlər