Kişi qonşu qadını döyərək xəstəxanalıq etdi - Şəmkirdə


18:02     28 Noyabr 2018 18_11_28_1543411655.jpg

Şəmkir rayonunda 39 yaşlı qadın döyülüb.

Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Lalə Sultanova həmin qəsəbədə olan torpaq sahəsində hasar hördürmək istəyərkən qonşusu ilə arasında mübahisə yaranıb. Nəticədə qadın döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 447