Köçkünlərə ayrılan vəsaitlərin istifadəsi yoxlandı


17:50     28 Noyabr 2018 hesablama.jpg

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.


Femida.az-ın Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, iclasda “Dövlət büdcəsindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında” Hesabat müzakirə olunub.

Kollegiya iclasında nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədi ilə aidiyyəti dövlət qurumlarına təqdimat göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 560


Oxşar xəbərlər