"Yandex"dən Azərbaycana böyük HÖRMƏTSİZLİK


18:34     28 Noyabr 2018 18_11_28_1543416207.jpg

Bu gün "Yandex" şirkətinin səsli köməkçisi sayılan "Alisa" proqramında Azərbaycana qarşı böyük hörmətsizlik edilib.

Femida.az xəbər verir ki, proqramda "Azərbaycanlılar kimdir?" sualına avtomatik olaraq belə cavab çıxıb:

"Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb.

Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub...".

Proqram bu sözləri rus dilində səsləndirib.

Şirkət rəhbərliyinə edilən müraciətdən sonra "Yandex"in Texniki Şöbəsi proqramın səhvini düzəldib və Azərbaycanla bağlı yanlış məlumatlar aradan qaldırılıb.

Qeyd edək ki, "Yandeks" şirkətində ermənilərin böyük təsiri var. Belə ki, "Yandeks Taksi" şirkətinin rəhbəri erməni Tiqran Xudaverdyandır. Ötən il Bakıda da fəaliyyətə başlayan "Yandeks Taksi" bir müddət sonra bağlanmışdı.

Femida.az

Açar sözlər: #yandeks  

Oxunub: 1111