Azərbaycanla Səudiyyə əlaqələri müzakirə edilib
19:59 28 Noyabr 2018
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı keçirilir.
Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, sSessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının nümayəndə heyəti arasında görüş keçirilib.
Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda gömrük sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanın məqsədi Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini asanlaşdırmaq və bu sahədə bütün imkanları genişləndirməkdir. Azərbaycan məhsullarını təqdim etmək üçün 30 nəfərlik heyətin Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirən S.Mehdiyev krallığın ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabini, eləcə də bu ölkədən olan həmkarını Azərbaycana səfərə dəvət edib.
Azərbaycanı ziyarət etmək niyyətində olduğunu deyən Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabi isə qeyd edib ki, iki dost ölkə arasında ticarət əlaqələri sürətlə genişlənməkdədir. Bu isə digər sahələrdə olduğu kimi gömrük məsələlərində də münasibətlərin müsbət məcrasından xəbər verir. Səudiyyəli nazir Azərbaycana sərmayə yatırmaq niyyətində olduqlarını da bildirib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndiriblər.
Oxunub: 362
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
- Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı