Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi başlayır
21:03 28 Noyabr 2018
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə açıqlanacaq.
Məlumata görə, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirib.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədov bu il həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 522
Oxşar xəbərlər
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib
- Naxçıvanın turizmi hədəf bazarlarda təbliğ olunacaq
- Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib
- Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib - RƏSMİ
- Naxçıvanın cinayətsiz region kimi statusu bundan sonra da qorunacaq
- Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar verdi
- Naxçıvanın işğal olunmuş yeganə kəndi Azərbaycana qaytarılır
- Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib
- Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb