Kafedə araq şüşəsi ilə adam öldürənin cəzası 11 il oldu


21:24     28 Noyabr 2018 hebs5.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Ramazanov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Taryel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və martın 21-də xəstəxanada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə, T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nayihəsinə şüşə qab ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 420