Saakaşvilinin qardaşına atəş açdılar - Seçkidə silahlı insident


21:45     28 Noyabr 2018 gullelenmek.jpg

Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib.

Femida.az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, hadisə Kaxeti bölgəsində qeydə alınıb. Belə ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər avtomobildən ona atəş açıb, daha sonra hadisə yerindən uzaqlaşıblar.

Məlumatı daxili işlər nazirinin müavini Natia Mezvrişvili təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 619