Direktor müavini müəllimlərdən pul aldığını etiraf etdi - MƏHKƏMƏ


22:48     28 Noyabr 2018 pul.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Əjdərzadə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, müəllim yoldaşlarından pul alıb: "Onlardan pul almışam. Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam".

Məhkəmədə elan olunub ki, S.Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

Proses dekabrın 5-də davam edəcək.

S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. O, daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.

Femida.az

Açar sözlər:

Oxunub: 810