Medvedevi ABŞ-a buraxmadılar


21:22     14 Oktyabr 2015 e7267a52.jpg


ABŞ rəsmiləri bəyan edib ki, Rusiya baş naziri Dmitriy Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edə bilməzlər.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Onlar (ABŞ tərəfi) bizə bildirdilər ki, nümayəndə heyətini Moskvaya göndərə bilməzlər və Rusiya nümayəndə heyətini Vaşinqtonda qəbul edə bilməzlər”, - deyə Lavrov Rusiya Dövlət Dumasında çıxış zamanı bildirib.

Qeyd edək ki, Medvedyevin başçılıq edəcəyi nümayəndə heyəti ABŞ-la Suriyada terrorizmlə mübarizədə koordinasiya məsələlərini müzakirə etməli idi.

Açar sözlər:

Oxunub: 1267