Nəsimidə yaşayış binasında yanğın olub


09:35     29 Noyabr 2018 yangin_38673636.jpg

Bakıda yanğın qeydə alınıb.



Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan kənd təsərrüfatı malları yığılan anbarın pəncərə çərçivəsi, içərisində olan 1 ədəd soyuducu və 20 m² sahədə ərzaq malları yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 378