İran vətəndaşı gömrükdə psixotrop maddə ilə tutuldu


10:55     29 Noyabr 2018 18_11_29_1543474532.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İrandan gələn bu ölkənin vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.


Femida.az DGK-ya istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.

Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir. MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edir. Faktla bağla araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 303