Nazirliyə məxsus müəssisə məhkəməyə verilib


21:43     14 Oktyabr 2015 a4af1308-de43-44e9-b322-074f6f9a81ca.jpg

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsal Müəssisəsi (EİM) Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.


Femida.az-ın “Report” - a istinadən verdiyi xəbərə görə, DSMF MMC-dən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, DSMF 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

“İqlim” Elmi-İstehsal Müəssisəsi isə 1961-ci ildən “Keşlə Maşınqayırma” zavodunun kondisionerlər sexinin bazasında “Bakı İqlim Qurğular Zavodu” adı altında fəaliyyətə başlayıb. İlk məhsulu otaq hava kondisionerləri olan zavodun bir neçə dəfə adı dəyişdirilib. 2006-cı ildən isə “İqlim” Elmi-İstehsal Müəssisəsi kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 1001