Heroin satan keçmiş məhkum saxlanıldı


11:28     29 Noyabr 2018 18_11_29_1543476530.jpg

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib.


​DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

​Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 342