Əri qəza törətdi, arvadı öldü


12:30     29 Noyabr 2018 Qeza2.jpg

Noyabrın 23-də saat 13 radələrində Şəmkir rayonu ərazisində şəhər sakinləri İkram Məmmədovun idarə etdiyi “Pejo” və Maarif Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

DİN-dən Femida.az-a verilən xəbərə görə, nəticədə M.Məmmədova və İ.Məmmədovun sərnişini, arvadı Xanım Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. X.Məmmədova noyabrın 28-də yaşadığı evdə ölüb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Şəmkir  

Oxunub: 401