Şahin ovlamaq istədi, ələ keçdi


14:53     29 Noyabr 2018 qanunsuz%20ovcu.jpg

Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.



Ekologiya və Təbii Sərvətklər nazirliyinsən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 518