Bərdədə kütləvi dava - 2 nəfər həbs edildi


13:43     29 Noyabr 2018 terro12r%20hebs.jpg

Bərdə rayonunda baş verən kütləvi davanın təfərrüatları məlum olub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 27-də baş verib.

Rayonun Qaradəmirçi kənd sakinləri Ramazanov Orxan Əlikram oğlu, Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu və Nəzərli Nurlan Əlikram oğlu yaralı vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və daha artıq şəxsə qarşı təkrar və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə kənd sakini Quliyev Xəyyam Mehman oğlunun Ağayev İntiqam Yaşar oğlu tərəfindən döyüləndən sonra baş verib.

Belə ki, X.Quliyevlə İ.Ağayev mübahisə edib və İ.Ağayev onu döyüb. Bundan sonra X. Quliyev döyülməsi barədə qardaşı Ömər Quliyevə məlumat verib.

Ömər Quliyev İ.Ağayevə zəng vuraraq onu Bərdədə fəaliyyət göstərən "Dostluq" çay evinin qarşısına çağırıb.

İ.Ağayev əraziyə həmkəndliləri, Zamanov Sənan İlyas oğlu, Zamanov Kənan Səməd oğlu, Teymurov Tağı Sovet oğlu və digər 5-6 nəfərlə birlikdə gəlib. Hadisə yerində Kənan Zamanov Ömər Quliyevi döyüb. Ö.Quliyev də bu barədə qohumları Nurlan, Orxan və Sərxan Ramazanov qardaşlarına məlumat verib.

Ömər Quliyev, Nurlan, Orxan, Sərxan Ramazanovlar, Ziya Misirli, Elnur Qurbanov, Bəhruz və Aqil adlı şəxslər birləşərək rayonun Lək kəndi ərazisindəki meşəyə gedib, orada Kənan Zamanov, Sənan Zamanov, Tağı Teymurov, Faiq Cəfərov və Nizami Cəfərovla dava edib. F.Cəfərov əlindəki balta ilə Sərxan Ramazanov və Elnur Qurbanovun kürəyindən balta ilə, Kənan Zamanov isə balta ilə S. Ramazanovun qarın nayihəsindən balta ilə vurub. Həmin vaxt Nurlan Nəzərli yumruqla Faiq Cəfərovu vuraraq baltanı onun əlundən almaq istəyərkən F.Cəfərovun oğlu Nizami Cəfərov bıçaqla Nurlan Nəzərlini qarnından vurub.

Faiq Cəfərov isə balta ilə Orxan Ramazanovu vurub.

Faktla bağlı Faiq Cəfərov və Kənan Zamanov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 680