Astarada canavar sakinlərə hücum etdi - 7 nəfər yaralandı


14:26     29 Noyabr 2018 2015-05-26-13-25-16canavar-liderxeber-640.jpg


Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini, 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

Femida.az

Açar sözlər:

Oxunub: 1011