Rus general aprel döyüşləri zamanı ermənilərin güllələnməsini əmr edib - ŞOK FAKT ÜZƏ ÇIXDI


15:26     29 Noyabr 2018 2018/11/cb7d0c69-5ca8-4da6-b3bb-3e80c2c90501_1543490907.jpg

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın komandanlığının Aprel döyüşləri zamanı yerli ermənilərin bazaya soxularaq, silah və sursat ələ keçirməsinin qarşısını almaq üçün xüsusi tapşırığının detalları məlum olub.


Femida.az Axar.az -a istinadən xəbər verir ki, 102-ci hərbi briqadanın komandanlığı rus bazasına silah əldə etmək üçün soxulan ermənilərin güllələnməsini əmr edib.

Aktiv erməni sosial şəbəkə istifadəçisi Suren Ohanyan bu barədə məlumatı 102-ci hərbi bazada xidmət edən rus hərbi qulluqçusundan əldə etdiyini bildirib.

Suren Ohanyan öz şərhində Aprel döyüşlərinin davam etdiyi müddətdə yerli ermənilərin Rusiya hərbi bazanın ərazisinə soxularaq silah və sursat əldə etməyə çalışdığı təqdirdə onlara qarşı atəş açılacağı barədə hərbi hissə komandanlığının xüsusi tapşırığının olduğunu qeyd edib.

S.Ohanyan şərhində Ermənistanda yerləşən Rusiya bazasının öz maraqlarını qorumaq üçün fəaliyyət göstərdiyini, Ermənistanda Rusiya maraqlarına qarşı hər hansı bir hadisə olarsa, silahların ermənilərə qarşı istifadə olunacağını vurğulayıb.


Açar sözlər:

Oxunub: 4823