Maşınınız “lyuka” düşüb: Məsuliyyət kimdədir? - Hüquqi maarifləndirmə


15:48     29 Noyabr 2018 2018/11/35948bu-480_1543492250.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Maşınınız hərəkət zamanı çalaya və ya “lyuka” düşdüyü halda, nələr etməlisiniz?

Nəqliyyat vasitələrinin qəza vəziyyətinə düşməsi zamanı qeydiyyat prosedurları qaydaları standartdır:

- YPX müfəttişini və sığorta şirkətinin nümayəndələrinin cəlb edilməli və ziyanın ödənilməsi üçün onlara ərizə ilə rəsmi müraciət edilməlidir.

-Bir qayda olaraq, bu cür yol nəqliyyat hadisələrində günahkar qismində sahə üzrə müəssisələr çıxış edirlər və yolun nasazlığı üçün qəza baş verdiyi halda ziyanın qarşılanması məqsədi ilə müvafiq şəxslərə sığorta şirkəti özü müraciət edir.

Açıq “lyuk”, çalaya və ya digər problemlər səbəbindən avtomobilin zədələnməsi halında atılan addımların ardıcılığ aşağıdakı kimidir:

-Şahidlərin cəlb edilməsi
-Qəza məkanının qeyd edilməsi
-Dövlət yol polisinin cəlb edilməsi
-Yol xidməti ilə əlaqə saxlanılması
-Alınan zərərlərin qiymətləndirilməsi
-Məhkəmə prosedurlarından öncə danışıqlar və qarşılıqlı sazişin bağlanılması (Ancaq alınan zərərlərin qiymətləndirilməsindən sonra)
-Lazım olduğu halda məhkəmə iddiasının qaldırılması
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qanuna əsasən, sığorta şirkətlərin kompensasiyalarının ödənilməsinin səbəbləri əsasən keyfiyyətsiz yolların vəziyyətindən və həmçinin yol hərəkətinin tənzimlənməsi vasitələrinin pis idarə edilməsindən irəli gəlir.

Femida.az

Açar sözlər: #hüquq   #femida   #Hakim   #vəkil   #məhkəmə  

Oxunub: 2596