Sabunçuda qaz olmayacaq
19:19 29 Noyabr 2018
Sabunçunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az - a verilən məlumata görə, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Oxunub: 378
Oxşar xəbərlər
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Sabunçuda qaraçı oğlan bıçaqlanıb
- Sabunçuda avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb
- Sabunçuda 3 nəfər dəm qazından zəhərlənib
- Sabunçuda polis əməliyyat keçirib, 40 nəfər saxlanılıb
- Sabunçuda 15 yaşlı gənc dəm qazından zəhərlənib
- Sabunçuda iki avtomobil toqquşub, ölənlər var
- Sabunçuda ev yanıb, xəsarət alanlar var
- Sabunçuda 11 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI
- Sabunçuda ev yanıb