Vəkillər Kollegiyası ilə ELSA arasında saziş imzalanıb

Vəkillər Kollegiyası ilə ELSA arasında saziş imzalanıb


20:21     29 Noyabr 2018 18_11_29_1543508513.jpg

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı ictimai birliyinin nümayəndələri ilə görüş keçirilib.
Vəkillər Kollegiyasından Femida.az -a verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov ilə görüşdə gənc hüquqşünasların vəkil peşəsini seçməyə sövq edilməsi yolları, onların vəkil qurumlarında staj keçmələri, gələcəkdə səhnələşdirilmiş məhkəmə müsabiqələrinin keçirilməsində kollegiyanın iştirakı məsələləri müzakirə olunub.

ELSA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Nigar Axundova təşkilatın missiyası, növbəti dövrdə həyata keçirəcəkləri tədbirlər barədə məlumat verib, Vəkillər Kollegiyasını tərəfdaşlar sırasında görmək istədiklərini bildirib.

Görüş çərçivəsində Vəkillər Kollegiyası ilə ELSA arasında əməkdaşlığa dair saziş imzalanıb.

Razılaşmaya əsasən, Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, “dəyirmi masa”ların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcək.

Görüşdə, həmçinin ELSA-nın baş katibi Elxan Əliyev və üzvü Murad İsmayılov da iştirak ediblər.

Açar sözlər:

Oxunub: 890