Azərbaycanda bu məyvənin istehsalı artırılacaq


21:26     29 Noyabr 2018 18_11_29_1543512842.jpg

Azərbaycanda nar istehsalı və ixracının artımı gözlənilir.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, bu il ölkədə nar istehsalı və ixracının ötən illə müqayisədə 20-25 faiz artımı gözlənilir.

Assosiasiya rəhbəri qeyd edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Assosiasiya rəhbərinin sözlərinə görə, məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib:

REKLAM

facebook.com

Daha ətraflı
Native Video by Adributor

"Bu il biz nar istehsalının 190-200 min tona çatacağını gözləyirik".

F.Qaraşov əlavə edib ki, Assosiasiya müxtəlif xarici missiyalarda, beynəlxalq sərgilərdə iştirak edir:

"Assosiasiya üzvləri öz məhsullarını xaricdə nümayiş etdirmək, eləcə də ixrac coğrafiyasını genişləndirmək imkanına malikdir".

Femida.az

Açar sözlər:

Oxunub: 389