Milli Məclis toplanır - Dövlət büdcəsinə görə


09:24     30 Noyabr 2018 milli%20m.jpg

Bu gün Azərbaycanın "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü - yekun oxunuşda müzakirəyə çıxarılacaq.
Azvision.az xəbər verir ki, iclasda həmçinin, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları parlamentdə III oxunuşda müzakirə olunacaq.

Büdcə zərfi bundan öncə parlamentin noyabrın 13 və 27-də keçirilən plenar iclaslarında müzakirə olunub.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 mlrd 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəsirinin 159 mln. artırılması hədəflənib. Kəsir 159 mln. artırılaraq 2 mlrd. 22 mln. manat olacaq. Kəsirin ÜDM-də nisbəti dəyişməyəcək, 2,5% təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 443