350 manat oğurladı xərcləməyə macal tapmadı - QUSARDA


10:30     30 Noyabr 2018 ogurluq51.jpg

Qusarda mənzildən oğruluq edən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-ın yerli bürosuna verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 608