Suriyada gərginlik: İsrail qırıcısı vuruldu? - Video


10:32     30 Noyabr 2018 suriya.jpg

Suriya HHQ Dəməşqin cənubunda, əl-Kisva məntəqəsi yaxınlığında İsrailə məxsus qırıcını vurması barədə yayılan xəbərlər təsdiqini tapmayıb.

Femida.az xəbər verir ki, Suriya təhlükəsizlik orqanlarındakı mənbə İsrail təyyarəsinin vurulmasını təkzib edib.

Mənbə buna baxmayaraq hava hücumundan müdafiə sistemlərinin İsrail ərazisindən gələn raketləri məhv etdiyini təsdiq edib.

“Gecə vaxtı radar dəqiq müəyyən etməyə bilər, ona görə də qeyri-müəyyənlik yarandı və biz də qərara gəldik ki, vurulan hədəf İsrail təyyarəsi deyil”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail hərbi komandanlığı da Suriya HHQ-nin təyyarə vurulması faktını təkzib etmişdi.Hadisə baş verən günü yayılan videonu təqdim edirik:


Açar sözlər: #Suriya   #usrail   #Video  

Oxunub: 885