Ərəblər Şəkidə qəzaya düşdü - Xeyli sayda yaralı var


10:53     30 Noyabr 2018 qeza_yeni.jpg

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İçərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: #Şəki   #Qəza   #ərəb  

Oxunub: 826