Gecə klubuna getdi, əyləndi, sonda... - Bakıda ŞOK OLAY


13:41     30 Noyabr 2018 gece_klubu_01.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda gecə klubunda qanlı hadisə törətməkdə təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



Femida.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Sərxanbəyov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, Müzəffər Sərxanbəyov bu ilin may ayında Bakıda Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib və həmin şəxsi bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilib.

Qeyd edək ki, Müzəffər Sərxanbəyov bu ilin may ayında Bakıda Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən Müzəffər əlini bıçağı atıb. Onun mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirdiyi bildirilir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Müzəffər hadisənin söyüş üstündə olduğunu, tanımadığı şəxslərin onun ünvanına nalayiq ifadələr işlətdiyini deyir.

Femida.az

Açar sözlər:

Oxunub: 1000