"Azərbaycanın Saakyanla bağlı iradları əsassızdır" - Rusiya XİN


14:42     30 Noyabr 2018 zaxarova.jpg


Rusiya Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Moskvaya səfərini şəxsi səfər kimi baxır.

Femida.az xəbər verir ki, bunu Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bu səfər başqa cür dəyərləndirilə bilməz:

"Onun statusu göz qabağındadır. Saakyanın Rusiya səfəri nə qanunvericiliyə, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vasitəçilik missiyasına ziddir. Bizim nöqteyi-nəzərimizdən Azərbaycan tərəfindən Rusiyaya qarşı irəli sürülən iradlar əsassızdır".

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #Qarabağ   #Azərbaycan   #Saakyan   #XİN  

Oxunub: 429