Qanunsuz dərman satışına görə cəzalar ağırlaşdırıldı: 8 min manat
14:55 30 Noyabr 2018
Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
Femida.az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.
Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.
Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.
Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.
Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
- Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapılıb
- Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub
- Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
- Masazırda 66 yaşlı qadın dərman içərək intihara cəhd edib
- Gəncədə 47 yaşlı kişi dərmandan zəhərlənərək ölüb