CHP seçkiqabağı böyük mitinq keçirməyəcək


23:54     14 Oktyabr 2015 c4a5e2b7-2406-4e8c-bc9d-053e10e32747.jpg

"Xain terror hadisəsindən sonra böyük mitinqlərin yerinə xalqla görüşlər keçirəcəyik".


"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun məsələ ilə bağlı qərarında bildirilib.
CHP sədrinin baş müşaviri Ərdoğan Toprak yaydığı yazılı açıqlamada vurğulayıb ki, baş verən qətliamla bağlı seçkiqabağaı kampaniyada konseptual dəyişiklik ediblər:

"Bu gün Qaziantəpdən başlayaraq, böyük mitinqlərin yerinə vətəndaş cəmiyyətimizin qurumlarını, sahibkarlarımızı, xalqımızı ziyarət edir, küçə-küçə, rayon-rayon, şəhər-şəhər gəzərək, onlarla ölkəmizin problemlərini və onun həlli yollarını danışırıq. Belə bir qərarı qəbul etməyimizin əsas səbəbi acılı günlər yaşamağımızıdr. Bu ağır gündə mitinqə gedib nədən danışacağıq?"

O, bu qərarın qəbul edilməsinə ikinci səbəb kimi ölkədə təhlükəsizlik sahəsində böyük bir problemin olduğunu əsas göstərib.

Açar sözlər:

Oxunub: 854