Zərdabda ağır qəza - Azyaşlı öldü


15:39     30 Noyabr 2018 qeza.jpg

Zərdabda azyaşlının ölümü ilə nəticələn qəza baş verib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 29-da saat 12 radələrində Zərdab şəhərinin ərazisində Böyük Dəkkə kənd sakini Vüsal Mehdiyev idarə etdiyi “VAZ-21064” markalı avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Turan Şəmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 455