Büdcə müzakirələri başa çatıb
00:10 15 Oktyabr 2015
Milli Məclisin (MM) plenar iclasında 2016-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib.
Femida.az-ın məlumatına görə, parlamentin plenar iclasında Milli Məclisin 2016-cı il xərclər smetası layihəsi barədə MM-in işlər idarəsinin müdiri Firuddin Hacıyev məlumat verib.
F. Hacıyev bildirib ki, MM və onun aparatının saxlanması ilə bağlı 2016-cı ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.
Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 745 min manat 955 manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci il ilə müqayisədə 1 mln. 061 min 139 manat azdır. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,7%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: “Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 273 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub".
Oxunub: 1034
Oxşar xəbərlər
- Büdcəyə 1 milyard manatdan çox gəlir gəlib
- Büdcə müzakirələri başa çatdı
- Büdcədən səhiyyəyə ayrılan vəsaitin azalmasına ETİRAZ
- Büdcə müzakirələri başlayır
- Büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub
- Büdcə dəyişikliyi prezidentə təqdim edilib
- Büdcəyə 1,5 mln. manat ödənildi
- Büdcəyə 8 milyon ödənilib
- Büdcəyə dəyişiklik: Gəlir və xərclər artırılır
- Büdcədən yayınmanın qarşısı alındı