“Yandex”in rəhbərliyi Azərbaycandan üzr istədi
16:29 30 Noyabr 2018
“Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Femida.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova məlumat paylaşıb.
Bildirib ki, nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün “Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb:
"Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib. Qeyd olunan faktla bağlı “Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb".
Oxunub: 1220
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"