Merkel Qarabağ münaqişəsinə toxundu - “Buna göz yuma bilmərik”


18:28     30 Noyabr 2018 18_11_30_1543583361.jpg

Almaniya kansleri Angela Merkel Rusiyanın ünvanına bir sıra ittihamlar səsləndirib.

Femida.az xəbər verir ki, ötən gün Almaniya-Ukrayna biznes-forumunda çıxış edən kansler bildirib ki, Moskva şüurlu şəkildə Azov dənizindəki Kerç boğazı vasitəsilə Ukrayna limanlarına girişi bağlama çalışır:

“Əgər siz Rusiyanın ətrafındakı regionlara diqqət yetirsəniz görərsiniz ki, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı, Azərbaycan və Ermənistanda Dağlıq Qarabağ, Ukraynada şərqi Ukrayna münaqişəsi var. Yəni, bir sıra ölkələr var ki, istədikləri kimi inkişaf edə bilmirlər. Biz Almaniya buna göz yuma bilmərik”.

Açar sözlər:

Oxunub: 539