Miqrantlara yardım edənləri döyürlər – ALMANİYADA


00:27     15 Oktyabr 2015 miqrant7.jpg

Almaniyada ekstremistlər miqrantlara yardım göstərən insanlara hücum edib.


AzVision.az “Stern” jurnalına istinadən məlumat verir ki, əvvələr Almaniyada belə hallar sırf miqrantlar və miliyyətçilər arasında baş verirdisə, indi ekstremist qruplar mühacirlərə köməklik edənlərə qarşı da aqressiv davranırlar. Saksen əyalətində mühacir sığınacağını mühafizə edən polislərə küt alətlərlə hücum edən radikal qruplar onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Aqressiv davranışın qarşısı polis tərəfindən su şırnaqları vasitəsilə alınıb və polisin səyi nəticəsində 52 nəfərdən ibarət radikal milliyyətçilər ərazidən uzaqlaşdırılıb.

Drezden şəhərində də oxşar fakt qeydə alınıb. Belə ki, şəhərdə yerləşən ən böyük miqrant düşərgələrindən birinə sağçı dəstə tərəfindən hücum olub. Polisin cəld tərpənməsi nəticəsində çadırların qarşısında dayandırılan sağçılar alman polisinə hücum ediblər. Nəticədə bir neçə polisin müxtəlif dərəcədə zədələr aldığı deyilir.

Açar sözlər:

Oxunub: 764