Elektrik stansiyalarının təmirinə 12 milyon manat ayrıldı
18:39 30 Noyabr 2018
Prezident İlham Əliyev kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncam Bakı şəhərində və regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchiz olunmasında mühüm rol oynayan kiçik və orta elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.
Sərəncama əsasən, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılıb.
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- Elektrik enerjisinin ixracı artıb
- Elektrik qatarları həftəsonu işləməyəcək
- Elektrik enerjisinin ixracı artıb
- Elektrik enerjisinin istehsalı artıb
- Elektrik enerjisinə qoyulan limitlə bağlı əhaliyə ŞAD XƏBƏR
- Elektriklə balıq ovlayan tutuldu
- Elektrik kabellərini gömrükdən qanunsuz keçirmək istədilər - VİDEO
- Elektrik mişarı ilə özünə xəsarət yetirdi
- Elektrik Şəbəkəsinin işçisi döyüldü - Goranboyda