Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq


18:56     30 Noyabr 2018 18_11_30_1543589850.jpg


Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Femida.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.

Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Açar sözlər:

Oxunub: 426